İspaniya La Liqasında XXVI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, açılış matçında “Levante” “Eybar”ı qəbul edib.
 
Hesabda geri düşən meydan sahibləri əzmkar qələbə qazanıblar – 2:1.
 
Lider “Real” səfərdə Kral kubokunun finalçısı “Atletik”in qonağı olub. Matçın 26-cı dəqiqəsində Arits Adurisin vurduğu yeganə qol Bilbao təmsilçisinə 3 xal qazandırıb.
 
“Kral klubu”nun məğlubiyyəti isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Barselona” üçün əla şans olub. Kataloniyalılar “Kamp-Nou”da orta sıralarda yer alan “Rayo Valyekano”nu sınağa çəkiblər. Luis Enrikenin yetirmələri Suaresin dublu, Pikenin bir qolu və Messinin het-triki ilə zirvəni ələ keçiriblər.
 
Turun mərkəzi oyunu “Atletiko” ilə “Valensiya” arasında baş tutacaq.
 
Yekun matçında isə autsayder “Kordoba” doğma divarlar arasında “Xetafe” ilə üz-üzə gələcək.
 
 
İspaniya La Liqası
XXVI tur

06 mart

“Levante” – “Eybar” - 2:1

Qollar: Barral, 65, Uçe, 68 - Berjon, 55
 
07 mart

“Deportivo” – “Sevilya” - 3:4

Qollar: Ryera, 28; 72, Peres, 90+3 – Vitolo, 33; 52, Qameyro, 65-pen, Sidney, 83-avtoqol
 
“Atletik” – “Real” - 1:0

Qol: Aduris, 26
 
“Elçe” – “Almeriya” - 1:0

Qol: Rodriqes, 6
 
“Qranada” – “Malaqa” - 1:0
Qol: Kamaço, 57-avtoqol
 
08 mart

“Barselona” – “Rayo Valyekano” - 6:1

Qollar: Suares, 5; 90+1, Pike, 49, Messi, 56-pen, 63; 68 - Bueno, 80-pen
 
20:00. “Real Sosyedad” – “Espanyol”
22:00. “Vilyarreal” – “Selta”
00:00. “Atletiko” – “Valensiya”
 
09 mart


23:45. “Kordoba” – “Xetafe”

Milli.Az