Bakı, 8 mart, AZƏRTAC.
Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində Avstraliyanın baş naziri Toni Ebbot təyyarənin axtarışının uzun müddət davam etməyəcəyini bildirib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, baş nazir qeyd edib ki, axtarışlar əsaslandırılmış ehtimallar mövcud olduğu müddətdə davam edəcək.
Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların indiyədək davam etməsinə baxmayaraq, hələ ki, təyyarənin izini tapmaq mümkün olmayıb.