Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Əyricə kəndi ərazisində "VAZ 2106" "QAZ 2400" markalı iki minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində keçinib, daha 3 nəfər isə ağır xəsarətlər alıb və Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.