İnternetdə axırıncı Bugatti Veyron Grand Sport Vitesse La Finale hiperkarın rəsmi fotoşəkilləri aşkar olunub. Avtomobil artıq bu gün Cenevrə avtosalonunda rəsmi debüt edəcək. Veyron Grand Sport Vitesse modelinin üstüaçıq versiyası bazasında xüsusi La Finale modifikasiyası 450-ci nüsxədir və şəkillərdə uzaq 2005-ci ildə buraxılmış ilk Bugatti Veyron ilə yanaşı durur.
Milli.Az
4charx.com-a istinadən bildirir ki, əvvəllər xəbər verildiyi kimi axırıncı Bugatti Veyron Grand Sport Vitesse La Finale Cenevrə avtosalonunda nümayiş etdirildikdən sonra Yaxın Şərqə – naməlum sifarişçiyə göndəriləcək. Unikal maşın bütünlüklə qara və yaqut rəngli karbon kuzov və müxtəlif yerlərə bərkidilmiş orijinal La Finale loqotipi əldə edib.
Milli.Az




