Donetskdəki rusiyapərəst separatçıların lideri atəşkəs razılaşmasına uyğun olaraq ağır sılahların ön cəbhə xəttindən tam "geri çəkildiyini” bildirib.
 
"Ukrayna isə bunu hələ etməyib”, - qarşı tərəfin öhdəliklərə əməl etmədiyini deyən tanınmamış “DXR” rəhbəri Aleksandr Zaxarçenko bildirib.
Milli.Az BBC-yə istinadən bildirir ki, ötən ay Minskdə avropalıların vasitəsilə imzalanan atəşkəs razılaşması o cümlədən təmas xəttindən ağır texnika və iri çaplı silahların geri çəkilməsini nəzərdə tutur.
 
Bəyanatdan əvvəl Aİ və ATƏT Ukraynadakı hərbi hərəkətlərin iştirakçılarına müraciətində beynəlxalq müşahidəçilərin münaqişə zonasına sərbəst girişini tələb edib.
Cümə günü Almaniya və Rusiya Ukraynada ATƏT müşahidəçilərinin sayının 1 minə kimi artırılacağını müzakirə ediblər.
 
Hərçənd ki, avropalı siyasətçilər hesab edirlər ki, müşahidə missiyasının sayının artmasından başqa bölgədə effektiv monitoring və Rusiya-Ukrayna sərhədində texnika və adamların keçidinə nəzarət yaradılmalıdır.
 
"ATƏT və Aİ-nin ilk tələbi yerdə fəaliyyət göstərənlər tərəfindən monitorinq keçirənlərə tam sərbəst girişin verilməsidir. [Müşahidəçilərin] sayının artırılması müsbət nəticələr verəcək, lakin öncə giriş təmin olunmalıdır”, - Belçika xarici işlər naziri Didier Reynders deyib.
 
Bundan əvvəl ATƏT müşahidəçiləri rusiyapərəst separatçıların monitorinqə maneəçilik törətdiyini qeyd ediblər.
 
Fevralın 15-dən Ukraynada atəşkəs rejimi qüvvədədir, lakin Kiyev və separatçılar mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.
 
MilliAz