Milli.Az ICTnews-a istinadən bildirir ki, Project Morpheus qurğusu Playstation Camera kamerası və PS Move kontrollerləri ilə əlaqəli işləyən şlemdir. Playstation Camera kamerası və PS Move kontrollerləri insanın məkandakı hərəkətlərini və vəziyyətini qeydə alırlar. Aksessuarın daxilində 1920x1080 təsvir ölçülü 5,7 düym diaqonallı ekran yerləşir. Baxış bucağı 90 dərəcə təşkil edir və Sony şirkətinin istehsalçıları əmin edirlər ki, bu, virtual reallıq dünyasına köklənmək üçün kifayət edir. Şlem Playstation 4 əlavəsinə USB kabelin köməyi ilə qoşulur.
Hazırda Sony şirkəti üçün virtual reallıq sahəsində əsas rəqiblər Valve və Oculus VR şirkətləri olacaq. Ancaq Yaponiya şirkəti Project Morpheus şleminə böyük ümid bəsləyir, çünki yeni qurğu Playstation 4 əlavəsi ilə qarşılıqlı əlaqədə olacaq.
Milli.Az