Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində istifadəsiz torpaqların müəyyən edilməsi ilə bağlı monitorinqlərə start verib.

ANS TV-nin məlumatına görə, nazir Heydər Əsədov bildirib ki, torpaqların istifadə olunmaması səbəbləri araşdırıldıqdan sonra təkliflər hazırlanacaq və hökümətə təqdim olunacaq. Bu torpalara əlavə vergilərin tətbiq olunmasına gəlincə nazir bildirdi ki, hazırda bununla bağlı dünya praktikasında istifadə olunan metodlar araşdırılır. Amma bu müəyyən vaxt aparacaq.

İstifadəsiz torpaqların müəyyən edilməsi üçün monitorinqlərə başlanıb.

Heydər Əsədov açıqladı ki, torpaqdan həmin anda istifadə edilməməsi onun istifadəsiz qalması demək deyil. Elmi araşdırmalara görə torpaqların hər il təxminən 60-66%-i istifadə olunsa, qalan hissəsi dincdə olsa daha səmərəlidir. O ikinci əkini nəzərdə tutmur və ona görə də əvvəl monitorinqlər vasitəsilə sahələri müəyyənləşdirildiyini düşünür.

Mənbə
ANS TV