Bakı, 7 mart, AZƏRTAC
Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından “Ramstor” qovşağına qədər olan sahəsində dünən axşam saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından “Ramstor” qovşağına qədər olan 200 metrlik hissə 4,5 metr enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.