Belqrad, 7 mart, AZƏRTAC
Serbiyanı “Bakı-2015” ilk Avropa Oyunlarında təmsil edəcək idmançıların ilkin siyahısı açıqlanıb. Siyahıya hələlik bu ölkəni yarışlarda 13 idman növü üzrə təmsil edəcək 79 idmançının adı daxil edilib.
Bu barədə məlumat Serbiya Milli Olimpiya Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilib.
Məlumatda bir sıra idman növləri üzrə ilk Avropa Oyunlarına qatılacaq serb idmançıların adları da açıqlanıb. Belə ki, boks üzrə bu ölkəni üç idmançı: Jelena Jelic (60kq), Lidija Marjanovic (64kq) və Aleksandar Drenovak (75kq) təmsil edəcək.
Qılıncoynatma idman növündə Serbiyanı Romana Karan, samboda Ivana Jandric (68 kq), suya tullanma üzrə isə Mihailo Curic təmsil edəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad