Rusiya FTX-nin rəhbəri: “Prezident Vladimir Putin bu barədə məlumatlandırılıb”

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

 

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".


Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifətçisi Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.