Xalq artisti Aygün Kazımova və Faiq Ağayev üçün yazılan mahnını müğənni Rəhim Rəhimli səsləndirib.

Axşam.az-ın məlumatına görə, bu haqda bəstənin müəllifi, müğənni Elçin Cəfərov “Star life” verilişinə açıqlamasında deyib:

“Aygün xanımla Faiq bəy bəyənmədi, oxumadı. Amma “Bir zamanlar” adlı mahnını Rəhim Rəhimli səsləndirdi”.

R.Rəhimli isə bundan xəbərsiz olduğunu söyləyib:

“Xəbərdən şok oldum. Mahnının Aygün xanım və Faiq bəy üçün yazıldığını bilmirdim. Maraqlı oldu… Demək, qismət belə imiş”.

Qeyd edək ki, A.Kazımova və F.Ağayev sənət fəaliyyətinin 26 ilinin tamam olması münasibətiylə duet oxumaq istəyirdi. Onlar mahnını E.Cəfərov və şair Azər Şirinə həvalə etmişdi. Müğənnilər dueti ötən ilin yanvarında təqdim etməyi planlaşdırırdı.