Bu barədə Milli.Az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib."Gənclik" metrostansiyasının çıxışlarından biri bağlanıb
Onun sözlərinə görə, stansiyada mərmərlərin dəyişmə prosesi gedir:
"Bilirsiniz ki, Bakıda bəzi keçidlər təmirdədir. Hal-hazırda yerə döşənmiş mərmərlərin dəyişmə prosesi gedir.
Bu səbəbdən "Gənclik" metrosunun çıxışlarından biri bağlanıb, digərləri isə işlək vəziyyətdədirlər. Qapalı olan giriş-çıxış Tofiq Bəhramov adına stadion tərəfdə olandı.
Həftə sonu sərnişinlərin azlığından istifadə edərək sözügedən giriş-çıxış bağlanıb".
Nəsimi Paşayev əlavə edib ki, təmirə dayanan çıxış gələn həftənin ilk iş günündə istismara veriləcək.
Ceyhun Ələkbərov
Milli.Az

