"Real"ın futbolçusu Luka Modriç zədəsini tam sağaldıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. O bildirib ki, xorvatiyalı yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 finalında "Şalke"yə qarşı cavab qarşılaşmasında oynayacaq.
 
Qeyd edək ki, "Real" - "Şalke" oyunu martın 10-u keçiriləcək.

Milli.Az