Milli.Az-ın MİGnews-a istinadən məlumatına görə, onlar təklif edirlər ki, ölən adamların cəsədləri bioloji kapsulaya yerləşdirilsin və torpağa basdırıldıqdan sonra üzərində ağac əkilsin. Onlar təklif edirlər ki, insan hələ sağ olarkən mövcud səkkiz ağacdan birini seçsin.
Həmin ağacın əkilməsi ilə ölən adamın yaxınları məşğul olmalıdır. Belə olan halda qəbiristanlıqlar böyük meşələrə çevrilə bilər. Bunun sayəsində planetimizdəki ekoloji problemləri də həll etmək mümkün olar.
Milli.Az