Argentinada tüğyan edən daşqınlar azı 12 nəfərin həyatına son qoyub.

 

APA-nın “RİA Novosti”-yə  istinadən verdiyi xəbərə görə, 10 nəfər Kordoba, 2 nəfər isə Santyaqo-del-Estero əyalətində ölüb.

 

Qeyd olunur ki, Kordoba əyalətində 1 400 nəfər evakuasiya edilib, onların əksəriyyəti tamamilə su altında qalmış İdiasabal şəhərciyinin sakinləridir. Daha 3 300 nəfər Santyaqo-del-Estero əyalətində öz evlərini tərk etmək məcburiyyətində qalıb.