“Oskar”lı aktrisa Keyt Blanşet qız uşağı övladlığa götürməyə hazırlaşır.

Axşam.az Dailymail-ə istinadən xəbər verir ki, üç oğul anası olan Blanşet Vivien adlı qız uşağını ailəsinə gətirməyi planlaşdırır.

Aktrisanın mətbuat xidməti məlumatı təsdiqləyib. Yaxınları Blanşetin olduqca həyəcanlı və sevincli olduğunu deyiblər.

Qeyd edək ki, 45 yaşlı aktrisa və əri Endrü Apton 1997-ci ildə evləniblər, Dashiell (13 yaş), Roman (10 yaş), Ignatius (7 yaş) adlı övladları var.