Azərbaycan “İTB Berlin” beynəlxalq turizm sərgisində bu il də uğurla təmsil olunur
Berlin, 6 mart, AZƏRTAC
Martın 4-dən 8-dək Almaniyanın paytaxtı Berlin şəhərində dünyanın aparıcı və ən böyük turizm sərgilərindən olan “İTB Berlin” sərgisi keçirilir.
Sərgidə ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi rəsmi nümayəndə heyəti, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət rəqs heyəti, eləcə də Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və 3 mehmanxananın nümayəndələri ilə təmsil olunur. Azərbaycan təmsilçiləri 104 kvadratmetrlik ölkə stendində ölkəmizin turizm potensialını nümayiş etdirməklə yanaşı, zəngin mədəniyyətini də təbliğ edirlər.
Martın 5-də “İTB Berlin” sərgisində Azərbaycanın milli stendində tədbir keçirilib. “İTB Berlin” sərgisində iştirak edən turizm şirkətlərinin nümayəndələrinin, beynəlxalq turizm sənayesinin təmsilçilərinin, bu sahəsi üzrə ekspertlərin və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizin turizm imkanları haqqında təqdimat edilib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edib. Səfir ölkəmizdə turizm infrastrukturunun inkişafına yönələn fəaliyyətdən, “İTB Berlin” sərgisi ilə uğurlu əməkdaşlıqdan, Azərbaycanın yaxınlarda Bakı-2015 birinci Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyindən danışıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəqs proqramı ilə çıxış edib.
Sonra tədbirdə iştirak edən 25-dək beynəlxalq turizm şirkətinin nümayəndələri Azərbaycan stendində təmsil olunan şirkətlərinin təmsilçiləri ilə görüşərək, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrinə qonaq ediliblər.
“İTB” beynəlxalq turizm sərgisi hər il ənənəvi olaraq “Messe Berlin” sərgi kompleksində, 26 sərgi zalında təşkil olunur. Bu ilki sərgidə 180 ölkədən 10 mindən artıq iştirakçı təmsil olunub.
Ölkəmiz “İTB Berlin” beynəlxalq turizm sərgisində 2002-ci ildən etibarən hər il iştirak edir. “İTB” beynəlxalq turizm sərgisində iştirak Azərbaycanın turizm potensialının Almaniya və dünya turizm bazarında tanıdılması baxımından çox faydalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25