[ 06 Mart 2015 22:33 ]



Bakı-APA. Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirə yaxınlığında məktəb avtobusunun qatarla toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.

 

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.