Azərbaycanda futbolla bağlı yeni dövlət proqramı qəbul ediləcək.

ANS PRESS-in məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov AFFA-nın Hesabat Konfransında məlumat verib.

O bildirib ki, yeni proqram üzərində hazırda iş gedir və 3 ay ərzində yeni futbol proqramı hökumətə təqdim ediləcək.

UEFA və FIFA-nın tələbi ilə AFFA tərəfindən Apelyasiya və Arbitraj palatası yaradılıb. Bu qurum İntizam Komitəsi və Apelyasiya və Ekspert Komitəsindən sonra üçüncü qurum kimi fəaliyyət göstərəcək.
Mənbə
ANS PRESS