Bakı, 6 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, respublikanın Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalan Rayon Polis şöbələrinin müvafiq orqan əməkdaşlarının iştirakı ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı adları çəkilən rayonlardakı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.