Rusiyanın müxalifət qüvvələri aprelin 19-da Moskvada etiraz aksiyası keçirməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, bu haqda həmrəylik hərəkatının Moskva şöbəsinin həmsədri Petr Tsarkov bildirib.

O qeyd edib ki, ilkin olaraq aksiyanı “Qəzəb və ləyaqət yürüşü” adlandırmaq qərara alınıb.

Hələlik yürüşün yeri, forması və tələblər barədə məlumat verilmir.

O qeyd edib ki, aksiyanın təşkilatçıları olan PARNAS partiyası ilə Həmrəylik hərəkatı yürüşün şəhərin mərkəzində keçirilməsinə çalışacaqlar.

Bundan əvvəl, martın 1-nə nəzərdə tutulan “Bahar” yürüşü fevralın 27-də müxalifət lideri Boris Nemtsovun qətlinə görə təxirə salındı.

Bunun əvəzinə Moskvanın mərkəzində Nemtsovun xatirəsinə çoxminlik mitinq keçirildi.
Mənbə
ANS PRESS