Bakı, 6 mart, AZƏRTAC
Çin 2018-ci ildə özünün orbital stansiyasını kosmosa buraxmaq niyyətindədir. Bunu Çin kosmik stansiyalar proqramının baş konstruktoru Çjan Bonan bəyan edib. O deyib ki, stansiya bir neçə moduldan ibarət olacaq və burada Çin və xarici ölkə kosmonavtları birgə çalışacaqlar.
AZƏRTAC Rusiyanın TASS agentliyinə istinadla xəbər verir ki, indiki mərhələdə Çin konstruktorları gələcək stansiyanın həyat fəaliyyətini təmin edəcək sistem, o cümlədən oksigen və suyun regenerasiyasını həyata keçirəcək avadanlıqlar üzərində işləyirlər.