Bolqarıstanda yaşayan Kalacı tayfasından olan qaraçılar ildə bir dəfə qadın yarmarkasına qatılmaq üçün Stara Zaqora şəhərin yığışırlar.

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, qaraçı kişilər yalnız buradan özlərinə həyat yoldaşı tapırlar. Qaraçı gözəllərini almaq üçün az pul ödəmirlər.

Kalacılar Bolqarıstanın azsaylı etnik qruplarındandır. Onların sayı cəmi 18 min nəfərdir. Ölkənin müxtəlif şəhərlərinə dağılıblar.

Etnik mənsubiyyəti qorumaq Kalacılar üçün çox vacbdir. Elə bu səbəbdən də onlar ildə bir dəfə yığışıb məhz özlərindən olan qadın alırlar. Qadınlara baxıb zövqlərinə uyğun olanı seçirlər.

Özünə qadın tapan kişi böyük məbləğdə pul ödəməlidir. Qiyməti adətən qızın valideynləri müəyyənləşdirir. Bu da qızın gözəlliyindən asılı olur. Adətən qiymətlər 2.5 min avro civarında olur. Ancaq bəzən 12.5 min avroya qədər yüksələ bilər.

Qadın yarmarkası Bolqarıstan qaraçılarının qədim ənənələridir.

Milli.Az