Axşam.az-ın məlumatına görə, ifaçı martın 23-də “Paradise Club”da konsert verəcək.
Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə müğənni Aysel Əlizadə də səhnəyə çıxacaq.
Təşkilatçı iki müğənninin səhnədə maraqlı şou göstərəcəyindən xəbər verib:
“Murad Bakıya orkestri ilə birlikdə gələcək. Aysellə birlikdə maraqlı çıxışlar hazırlayıblar. O, eyni zamanda media nümayəndələri ilə görüşəcək. Bu, onun öz istəyidir. Bunu konsert danışıqları zamanı tələb etdi”.