Müğənni İlhamə Qasımova və rəqqasə Oksana Rəsulova “ATV Maqazin”ə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, Hindistandan yeni qayıdan rəfiqələr başlarına gələn maraqlı hadisələrdən danışıblar.

İ.Qasımova səfər zamanı pullarının qurtardığını deyib:

“Hindistanın çox şəhərini gəzdik. 40 gün orada qaldıq. Axırda pulumuz qurtardı. Nə yaxşı ki, dönüş biletimizi əvvəldən almışdıq”.

O.Rəsulova orada serial təklifi almasından xəbər verib:

“Üç serial təklifi almışam. Ən yaxşısını seçməyi istəyirəm. Hind rəqsi üzrə Azərbaycanda məndən güclüsü yoxdur. Mənim davamçım ancaq tələbələrim ola bilər”.