Son bir ayda 1500-dən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub
Bakı, 6 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin fevral ayında müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 1504 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktını aşkar edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, belə halların əsasən iqtisadiyyatın özəl sektoruna aid müəssisələrdə və topdansatış, tikinti, ticarət, ictimai iaşə sektorlarında baş verdiyi müəyyən edilib.
Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 35,1 faizi, yəni 109 min 412 manatı dövlət büdcəsinə ödənilib. Nəticə etibarilə ötən ay əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması müəyyən müddət tələb edən digər pozuntuların ləğvi üçün işəgötürənlərə icrası məcburi olan göstərişlər verilməklə nəzarətə götürülüb.
DƏMX tərəfindən bu istiqamətdə aparılan işlər vətəndaşların əmək qanunvericiliyindən irəli gələn hüquqlarının təmin olunması, o cümlədən işçilərin əməyinin mühafizəsi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılmasına xidmət edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33