Beyləqan, 6 mart, AZƏRTAC
Beyləqan rayon şahmat məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qızlar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Natəvan” kuboku keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi, “Mil” İntellektual Klubu, “İnnovativ Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda məqsəd regionlarda fəaliyyət göstərən qadınların ictimai fəallığının artırılması və onların asudə vaxtlarının daha səmərəli təşkil olunmasına dəstək göstərməkdir.
Maraqlı mübarizə şəraitində keçən yarışda birinci yerə şəhər 3 nömrəli tam orta məktəbin “Xəzinə” komandası, ikinci yerə şəhər 2 nömrəli tam orta məktəbin “Mil Lady” komandası, üçüncü yerə isə şəhər 4 nömrəli tam orta məktəbin “Slitherin” komandası layiq görülüb.
Sonda qaliblər mükafatlandırılıb.
