“Yaprak dökümü” serialında canlandırdığı Sədəf obrazı ilə məşhurlaşan aktrisa Səda Dəmir avtomobil dayanacağında iki qadının hücumuna məruz qalıb.
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qadınlarla mübahisəsi yaranan aktrisa təhqir və hücuma məruz qalması iddiası ilə polisə şikayət ərizəsi verib. S.Dəmir hər iki şəxsin “təhqir, təhdid, hücum” cinayət maddəsi ilə cəzalandırılmasını istəyir.