Sarayın indiki sahibləri təmir xərclərinin məbləğini bu qədər müəyyən ediblər. Saray rütubət çəkdiyinə görə, bərpaya ehtiyacı var. Ehtimala görə, məbləğin bir hissəsi ictimai ianələr hesabına toplanacaq. İndiyə qədər, yəni iki həftə ərzində yalnız 150 avro yığılıb.
A.Düma sarayın inşasına 1844-cü ildə başlayıb, lakin burada çox az yaşayıb: artıq 1848-ci ilin əvvəlində mülk və onun avadanlığı borc müqabilində müsadirə olunub. Sonra həmin bina hərracda gülünc qiymətə satılıb.



MənbəANS PRESS