Dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Nyu-Yorka səfəri çərçivəsində BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Kyunq-vha Kanqla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə AİDA-nın beynəlxalq fəaliyyəti və dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, eləcə də Afrika dövlətlərində Ebola epidemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi maliyyə dəstəyi barədə məlumat verilib. Dünyanın müxtəlif bölgələrində humanitar yardımın göstərilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Ə.Şıxəliyev BMT-nin Fövqəladə Vəziyyətlər üzrə Mərkəzi Fondunun rəhbəri Liza Doftenlə də görüşüb. Söhbət zamanı təcili humanitar yardımın göstərilməsi ilə bağlı əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
AİDA-nın rəisinin BMT-nin İnkişaf Proqramı (UNDP) administratorunun köməkçisi, Avropa və MDB Regional Ofisinin direktoru Cihan Sultanoğlu və UNDP-nin İcraçı Ofisinin direktoru Alberik Kako ilə görüşündə isə dünyanın müxtəlif bölgələrində inkişaf məqsədli birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28