Bakı, 6 mart, AZƏRTAC 
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol ayrıcındakı səddə çırpılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, bir nəfər sərnişin avtomaşında xəsarət alaraq ayağı sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər həmin şəxsi deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.