Ağstafa, 6 mart, AZƏRTAC
Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitar yoxlamalar aparılır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yanvar-fevral aylarında aparılan yoxlamalar zamanı 6 sahibkara xəbərdarlıq edilib, 2 sahibkar cərimələnib, 1 sahibkarlıq obyektinin fəaliyyəti isə müvəqqəti dayandırılıb.