[ 06 Mart 2015 10:18 ]


Dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında (faza - svetofor işıqlarının yanma müddəti) dəyişiklik edilib.

 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu addım Bakıda avtomobil sıxlığının qarşısını almaq məqsədilə atılıb.

 

Məlumatda qeyd edilib ki, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb. Belə ki, A. Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə svetoforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb.

 

Bundan başqa işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola  dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələri də aradan qaldırılıb.