Əməkdar artist Abbas Bağırov arıqlamağından danışıb.

Axşam.az-ın məlumatına görə, 45 kiloqramdan çox arıqlayan müğənni istədiyi görünüşü əldə etdiyini vurğulayıb:

“Mənə çox arıqlamısan deyənlərə cavab vermək istəyirəm: musiqiçi səhnədə hər zaman əla görünməlidir. Özümə əvvəlki kimi kök olmağı yaraşdırmıram. Ciddi idmanın və pəhrizin nəticəsi məni istədiyim çəkiyə gətirdi. Sual verməyin ki, nə pəhriz saxlayıram, harada idman edirəm. İstənilən idman zalında məşq etmək olar. Pəhriz saxlamaq üçün həkimə müraciət edin”.