Moskvadakı AST şirkətlər qrupunun sahibi, "AST Telman" kimi tanınan azərbaycanlı iş adamı Telman İsmayılov məşhur türk milyarder Ali Ağaoğlunun ad günü münasibətilə dostunu qonaq çağırıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Ali Ağaoğlu da dəvəti yerə salmayaraq Moskvaya yollanıb, ad gününü Telman İsmayılov və onun ailəsi ilə keçirib.
 
Moskvada olarkən Kremlə və şair Nazim Hikmətin məzarına baş çəkən Ali Ağaoğlu deyib: "Yeni yaşımı dostlarımla bərabər qeyd etdiyim üçün sevincliyəm".

Milli.Az