Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS