Ekspertlər “5G” rabitə texnologiyası ilə bağlı proqnoz veriblər
Barselonada keçirilmiş Ümumdünya Mobil Konqresində ən böyük telekommunikasiya şirkətlərinin nümayəndələri beşinci nəsil mobil şəbəkə ilə bağlı öz fikirlərini bölüşüblər. 2020-ci ildə “5G” rabitə texnologiyasının ilk kommersiya şəbəkələri istismara verilməlidir. Ancaq “KT Corporation” telekommunikasiya şirkətinin nümayəndəsi 2018-ci ildə Koreyada keçiriləcək Qış Olimpiya Oyunları çərçivəsində bu texnologiyanın imkanlarını nümayiş etdirməyə söz verib.
"ICTnews" elektron xəbər xidməti “kommersant.ru” saytına istinadən bildirir ki, hələ ki “5G” rabitə texnologiyası hazırlanır və telekommunikasiya şirkətlərinin nümayəndələri bununla bağlı dəqiq fikir söyləməkdə çətinlik çəkirlər. Ancaq əksər şirkətlərin nümayəndələri düşünür ki, “5G” rabitə texnologiyası çoxlu sayda qurğuların internetə qoşulmasını təmin etməli olacaq. “Orange Group” telekommunikasiya şirkətinin proqnozuna görə, bu göstərici 50 milyard qurğunu, Çinin “Huawei” şirkəti isə 100 milyard qurğunu əhatə edəcəyini proqnozlaşdırıb.
“Orange” şirkətinin direktoru Stefan Rişar bildirib ki, indi internetə qoşulmuş müxtəlif qurğuları (məsələn, “ağıllı” saatlar, fitness bilərzik və sairə) ifadə edən "əşyaların interneti" (“Internet of Things”, “IoT”) anlayışı "bütöv internet" anlayışına çevriləcək. Məsələn, 2020-ci ildə avtomatik idarəetməyə malik avtomobillər, “3D” məzmun və holoqramlar, istənilən an istənilən məkanda videokonfrans təşkil etmək imkanı mümkün olacaq – “KT” direktorlar şurasının sədri Xvan Çan Qu proqnozlaşdırıb. Cənab Rişarın fikrincə, “5G” "yaşıl" texnologiya olacaq, elektrik sərfiyyatına və başqa xərclərə qənaət etməyə imkan verəcək.
“Huawei” şirkətinin baş direktoru Ken Xunun proqnozuna görə, “5G” tezlik spektrinin daha səmərəli istifadəsini, məlumatların daha yüksək sürətlə ötürülməsini təmin edəcək. Onun proqnozuna görə, “5G” rabitə şəbəkəsində maksimal sürət 10 Qbit/s-yə çatacaq, halbuki “4G” rabitə şəbəkəsində bu göstərici 150 Mbit/s təşkil edir. Bu, 8 QB tutumunda “HD” formatlı filmi 6 saniyə ərzində yükləməyə imkan verəcək. “4G” rabitə şəbəkəsində bu göstərici 7 dəqiqədir. Belə sürət, öz növbəsində, mobil səhiyyə sahəsi üçün yeni imkanlar yaradacaq. Ekspertlər hesab edirlər ki, “5G” rabitə texnologiyası sayəsində yeni biznes modelləri və sənayelər yaranacaq.
Bu halda telekommunikasiya şirkətlərinin nümayəndələri hesab edirlər ki, “5G” rabitə texnologiyasının hazırlanması zamanı səyləri, həmçinin investisiya imkanlarını birləşdirmək lazımdır. “Qualcomm Incorporated”in (mobil prosessorlar istehsal edir) direktoru Stiv Mollenkopf 2015-2020-ci illərdə “5G” rabitə texnologiyasına investisiyaların ümumi dəyərini 4 trilyon dollar məbləğində qiymətləndiriblər.
“GSM” (“GSMA”) Assosiasiyasının proqnozuna görə, 2020-ci ildə unikal mobil abunəçilərin sayı 4,6 milyard nəfərədək yüksələcək, 2014-cü ildə bu göstərici 3,6 milyard olub. Aktiv “SİM” kartların sayı 9 milyarda çatmalıdır.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05