“Ələddinin sehrli çırağı” 120-ci dəfə nümayiş olunacaq
Bakı, 6 mart, AZƏRTAC
Martın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehrli çırağı” tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor işi, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, əməkdar artist Nicat Kazımova məxsus olan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir.
İki hissəli nağıl tamaşada əməkdar artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.
Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır.
Qeyd edək ki, həmin gün Hüseyn Cavidin “Şeyx Sənan” tamaşası da nümayiş olunacaq. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov olan tamaşada xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Rahib Əliyev, Nofəl Vəliyev, Leyli Vəliyeva, Rafiq Hüseynov, aktyorlar Rövşən Abbasov, Simuzər Atakişiyeva, Şəbnəm Hüseynova və başqaları rol alıblar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47