Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio Ramazan və Qurban bayramlarında bütün dövlət məktəblərində tətil olacağını bəyan eləyib.

Axşam.az “Reuters”agentliyinə istinadən xəbər verir ki, qərar 2015-ci ilin sentyabr ayından qüvvəyə minəcək.

Bələdiyyə sədri bu qərarını şəhərdə müsəlman icmasının getdikcə böyüməsi və şəhər həyatına təsirinin artması ilə izah edib.

Bundan əvvəl Nyu Cersi, Massaçustes və Vermont ştatlarında da eyni qərarlar verilib.

Qeyd edək ki, Nyu-Yorkda təxminən 1 milyon müsəlman yaşayır. Dövlət məktəblərində isə 1.1 milyon nəfər təhsil alır.