Xorvatiya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, “Neftçi”nin üzvü Ruslan Qurbanovun formasını geydiyi “Hayduk” öz meydanında “Vinoqradar” klubunu qəbul edib.

Ruslan Qurbanov bu görüşdə Xorvatiya klubunda rəsmi debüt edib. Qurbanov 46-cı dəqiqədə Milevskinin əvəzinə meydana daxil olub. Matç “Hayduk”un 3:0 hesablı qələbəsi ilə tamamlanıb. Qurbanovun komandasından Jozinovic və Baliç (2 dəfə) fərqlənib.

Qeyd edək ki, ilk oyunda da eynihesablı qələbəyə sevinən “Hayduk” ölkə kubokunda yarımfinala adlayıb.













Mənbə
ANS PRESS