Bakı, 5 mart, AZƏRTAC
“Prokredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının martın 6-dan “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdirilməsi nəzərdə tutulur.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 400 min manat, bir istiqrazın nominal dəyəri 1000 manat, yerləşdiriləcək istiqrazların sayı 400 ədəd, faiz dərəcəsi 12 faiz, tədavül müddəti 730 gündür. “Çelsi Kapital” MMC anderrayter vəzifəsində çıxış edir.