Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bədii gimnastika üzrə çoxnövçülükdə ikinci yeri tutur.

O, halqa və topla tapşırıqların yerinə yetiriməsindən sonra 35.483 bal toplayıb. Birinci yerdə 37.999 balla rusiyalı Yana Kudryavtsevadır. Aktivində 34.033 bal olan avstriyalı Nikol Ruprext üçüncü, gürcüstanlı Salome Pajava (33.899 bal) dördüncü, azərbaycanlı Gülsüm Şəfizadə (33.683 bal) isə beşincidir.

Fərdi çoxnövçülükdə medalların qalibləri gürz və lentlə hərəkətlərdən sonra məlum olacaq.

Qadınlar arasında akrobatika üzrə qrup yarışmalarının təsnifatında Azərbaycan komandası statik və dinamik hərəkətlərdən sonra Almaniyanı qabaqlayır. Çempionatda bu proqram növündə iki ölkə təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az