Rəsulzadənin əsərlərindən ibarət 5 cildliyin nəşri başa çatdı
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplamış, ərəb əlifbasından latın əlifbasına çevirmiş və lüğəti tərtib etmişdir.
I cildə M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə "Şərqi-Rus", "Hümmət", "Dəvət", "İrşad", "Təkamül", "Yoldaş", "Tərəqqi" qəzetlərində, "Füyuzat", "Volna" jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilib.
II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanıb.
III cilddə görkəmli şəxsiyyətin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer alıb.
IV cildə M.Ə.Rəsulzadənin 1917-ci ilin yanvarından 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilib.
V cilddə M.Ə.Rəsulzadənin 1918-ci il fevral - 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanıb.
Hər cild 500 nüsxə tirajla "Təhsil" nəşriyyatında çap olunub, nazirliyin tabeliyində olan kütləvi kitabxanalar və digər aidiyyəti qurumlar arasında bölüşdürüləcək. Həmçinin tezliklə kitabı nazirliyin www.bakubookfair.com saytında "Elektron kitabxana" bölməsində də oxumaq mümkün olacaq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47