Qazax, 5 mart, AZƏRTAC
Qazax Dövlət Dram Teatrı 77-ci mövsümünə Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsərinin tamaşası ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədov və musiqi tərtibatıçısı Aybəniz Qurbanovadır.
Lirik-psixoloji janrda olan əsər tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.