Müğənni İzzət Bağırov yeni klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, sözləri Nizami Gəncəviyə aid olan “Ey dost”un ekran həlli rejissor Nail Naiboğluna həvalə olunub.

Rejissor 18 saata çəkilən klipdə oğlu tərəfindən atılmış bir qoca kişinin taleyindən bəhs olunduğunu bildirib:

"Klipdə elə qocanın özünü çəkdik. Uçuk bir evdə yaşayır. Acınacaqlı həyatı var".