YAP Salyan rayon təşkilatı partiya üzvlərinin 3014 nəfərini gənclər təşkil edir
Salyan, 5 mart, Mahir Babayev, AZƏRTAC
Salyandakı Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı Gənclər Birliyinin IV konfransında hesabat dövründə görülən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə nümayiş etdirilən foto və sənədlərlə tanış olublar.
Konfransda vurğulanıb ki, 95 ərazi ilk partiya təşkilatı 7300 partiya üzvünü birləşdirir. Siyasi həmfikirlərin 3014 nəfəri gənclərdir.
Bildirilib ki, ötən konfransdan sonra gənclərimiz bütün sahələrdə əhəmiyyətli nəticələr əldə edib, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetiriblər. Sağlam və savadlı gənc nəslin yetişməsi üçün dövlətimizin başçısının imzaladığı sərəncam və fərmanları diqqətə çatdıran natiqlər rayonda 76 gəncin dövlət qulluğunda çalışmasını, 37 gəncin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını dövlətin gəncliyə etimadının nəticəsi kimi səciyyələndiriblər.
Çıxış edən gənclər ölkəmizin inkişafı üçün bundan sonra da səylə çalışacaqlarını bildirib və onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatı Gənclər Birliyinin Şurası və idarə heyəti müəyyənləşdirilib, YAP Gənclər Birliyi respublika konfransına nümayəndələr seçilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08