Xaçmaz, 5 mart, Elxan Yusifli, AZƏRTAC
Qubada 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan şahmat və tennis üzrə rayon birinciliklərinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, hər iki yarışın final mərhələsi Gənclər Mərkəzində keçirilib. Yeniyetmələr arasında təşkil olunan şahmat turnirində 26 idmançı qüvvəsini sınayıb. Şahmat yarışında böyük yaş qrupunda Çingiz Rzayev, kiçik yaş qrupunda isə Ayxan Əlizadə birinci yeri qazanıb.
Tennis birinciliyində isə 50 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın qalibi adına Vladimirovka kəndini təmsil edən komanda layiq görülüb.
Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.