“Hər evə optika” layihəsi üçün 15 milyon dollar kredit cəlb edilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanda genişzolaqlı internetin inkişafını nəzərdə tutan “Hər evə optika” layihəsi üçün xarici şirkətdən 15 milyon dollar məbləğində ilkin kredit cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, layihənin mahiyyəti ondan ibarətdir ki, fiberoptik şəbəkə ilə əhatə olunmayan kəndlər ümumi şəbəkəyə qoşulsun. Artıq Bakı şəhəri, rayon mərkəzləri, kəndlərin 50 faizi fiberoptik şəbəkə ilə əhatə olunub, digər 50 faizinin fiberoptik şəbəkəyə qoşulması nəzərdə tutulur. Bu layihənin Azərbaycan Respublikası Dövlət Neft Fondundan maliyyələşdirilməsi gözlənilirdi. Amma bu ildən layihənin icrası üçün digər mənbələrdən vəsaitlərin cəlb edilməsi qərara alınıb.
“Hazırda beynəlxalq qurumlarla və iri şirkətlərlə əlavə maliyyənin cəlb olunması ilə bağlı danışıqlar aparılır və bu danışıqların uğurıu olacağına ümid edirik. Layihə iqtisadi cəhətdən səmərəli olduğu üçün digər şirkətlər də layihəyə maraq göstərirlər”, -deyə nazir müavini diqqətə çatdırıb.
Qeyd edək ki, layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25