Bulvarda yeni atraksionlar (VİDEO)
ANS TV-nin məlumatına görə, paytaxt sakinlərinin istirahət, əyləncə üçün ən çox üz tutduğu məkan Dənizkənarı Bulvar ərazisidir. Elə buna görə idarə hər il bulvar ərazisində yeni işlər görür, ərazinin daş və ot örtüyü zamanla yenilənir. Yenilənən və çətinliklə ərsəyə gətirilən ot sahələrinə heyvanlar buraxılmasalar da, insanlar üçün bu elə də problem deyil. Yəni böyüklər eləcə də uşaqlar rahat şəkildə həmin sahələrdə oynaya, otura bilərlər. Yeganə qadağa odur ki, ot sahəsinin üzərində yemək- içmək təşkil olunmasın.
Mili Park ərazisində təşkil olunan isə bu iki yeni atraksiondur. Təmir işləri yenicə başa çatıb istifadəyə verilən bu atraksionlar bura gələnlərin diqqətini çəkməyə bilməz. Çünki onların hər birinin özəlliyi var. Məsələn “Kosmos” adlanan atraksionun hissələri İtaliyadan gətirilib və xarici mütəxəssislər tərəfindən işə salınıb. Attraksion tam təhlükəsizdir və qoruyucu kəmərlərlə təchiz olunub. Yeni atraksion əsl adrenalin yaşamaq istəyənlər üçün nəzərdə tutulub.
Bulvar ərazisində yeni quraşdırlan bu atraksion ona minən sərnişinləri 360 dərəcə bucaq altında fırladır. “Kosmos” adlanan atraksion xüsusilə gələcəkdə kosmonavat olmağı arzulayanlar üçün əla seçimdir.
Atraksionu işə salanlar deyir ki, onun platforması üzərində olan insanlar kosmosda keçirilən hissləri yaşayırlar. Məhz buna görə də Bulvar İdarəsi həmin atraksionu bu cür adlandırıb. Digər bir əyləncə qurğusu isə uçan boşqabı xatırlatdığından elə “Uçan boşqab” adlandırılıb. Atraksion havaya qalxan kimi müxtəlif istiqamətlərdə hərəkət edir. Atraksionun kassa nəzarətçisi Məhəmməd Həbibbəyli deyir ki, indi səhər saatları və hava soyuq olduğundan insanlar gözə dəymir. Amma elə ki axşam düşdü bura yolu düşənlər də az olmur.
Məhəmməd Həbibbəyli tələbələrin əsasən axşam saatlarında atraksiona minmək üçün gəldiyini deyir. Bu atraksionlora yaşı 13-dən yuxarı şəxslər buraxılır. Atraksion avtomatik cihazla özü bağlanır tam təhlükəsizdir və heç bir ürək bulantısı vermir.
Hər iki atraksiondan istifadə haqqı 2 manatdır.
Hər iki atraksiondan istifadə haqqı 2 manatdır. Xəstə, nasaz, bir sözlə ürəyi zəif olan insanların bu atraksionlara minməsi məsləhətli deyil. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bu hələ son deyil. Çünki bulvar ərazisində olan bütün köhnə atraksionlar yeniləri ilə əvəz olunacaq.
Xatırladım ki hazırda Milli Park ərazisində 26 atraksion var. Onların hər biri dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan əyləncə vasitələridir.
Mənbə
ANS TV, Vəfa Təyyarqızı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25