Ölkədə aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizi kişilərə, 46,9 faizi qadınların payına düşür
Bakı, 5 mart, AZƏRTAC
Ölkədə aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizi kişilərə, 46,9 faizi qadınların payına düsür.
AZƏRTAC xəbər verir ki, bunu martın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirlmiş mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
İ.İsayev əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (ƏMEİS) mövcud olan real və etibarlı məlumatların əmək bazarı ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasına imkan verdiyini vurğulayıb. 2015-ci ilin 1 mart tarixinə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 milyon 981 min 273 əmək müqaviləsi bildirişi daxil edilib. Onların 75,8 faizi əmək müqaviləsinin bağlanması, 14,8 faizi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 9,4 faizi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub.
Nazir müavini bildirib ki, qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 milyon 261 min 613 ədəddir. Bunun da 93,6 faizi hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayan işçilər üzrədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə isə sistemdə 80 min 763 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,4 faizini təşkil edir. Qeyd olunan tarixə 52 min 653 işəgötürən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün qeydiyyata düşüb. Onların da 42,7 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 57,3 faizi isə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs statuslu işəgötürənlərdir.
Nazir müavini bildirib ki, kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində, qadınlar üzrə isə 50-54 yaş hədlərində olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 min 377 əmək müqaviləsinin 46,6 faizi kişilərin, 53,4 faizi qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 min 173 əmək müqaviləsinin 45,9 faizi kişilərlə, 54,1 faizi qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 min 103 əmək müqaviləsinin 48,4 faizi kişilərin payına düşdüyü halda, qadınların payı 51,6 faizdir.
İ.İsayev kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5 faizinin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 29,0 faizinin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını nəzərə çatdırıb. Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76-78 faizi qadınlardır.
Bildirilib ki, 1 oktyabr 2014-cü illə müqayisədə 1 mart 2015-ci il tarixə aktiv əmək müqavilələrinin sayında müsbət saldo mövcuddur.
Nazir müavini qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə bağlı araşdırmalara başlayıb.
Sistemdə məşğulluq təsnifatı üzrə 7 min 93 vəzifə üzrə əmək müqavilələrinin bağlanmasının qeydə alındığını bildirən İ.İsayev əlavə edib ki, ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir.
İ.İsayev əmək müqaviləsinə xitam verilməsi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları barədə də məlumat verib. “ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25